Yuxarı
    Bağlamaq

    ​FİDE-nin yeni reytinqi Azərbaycan şahmatçısı Arkadi Naydiç üçün əlamətdar olub

    Şəhriyar Məmmədyarovla Eltac Səfərli də irəliləyib

    Bakı. 1 fevral. REPORT.AZ/ Beynəlxalq Şahmat Federasiyası (FİDE) dünya qrossmeysterlərinin yeni reytinq siyahısını açıqlayıb. "Report"un məlumatına görə, ilk "100-lüy"ə Azərbaycanın 4 şahmatçısı düşüb.

    Şəhriyar Məmmədyarovun yenə 2747 xalı olsa da, siyahıda 1 pillə irəliləyib. Hazırda o, 18-ci pillədədir. Yenə 2726 xala malik Teymur Rəcəbov 28-ci pillədə qalıb. Aktivinə 6 xal yazdıran Arkadi Naydiç 1 pillə irəliləyib və 2702 xalla 44-cü mövqedə qərarlaşıb. Bununla da Naydiç Azərbaycan yığmasında çıxış etməyə başladıqdan sonra ilk dəfə 2700-lüyə qayıdıb. Nəhayət, 2653 xalını qoruyan Eltac Səfərli 1 pillə irəliləyərək, 100-cü pillədə yer alıb.

    Rapidçilərin reytinqində Rəcəbov 2788 xalla 8-ci, Məmmədyarov 2771 xalla 12-ci, Qədir Hüseynov 2718 xalla 40-cı, Naydiç 2666 xalla 88-ci, Rauf Məmmədov 2655 xalla 99-cudur. Blitsçilərin reytinqində isə Məmmədov 2810 xalla 10-cu, Rəcəbov 2800 xalla 12-ci, Məmmədyarov 2748 xalla 21-ci, Səfərli 2677 xalla 72-ci pillədə qərarlaşıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi