FİDE-nin Prezident Şurası Kirsan İlümjinovun dərhal istefasını tələb edib

FİDE-nin Prezident Şurası Kirsan İlümjinovun dərhal istefasını tələb edib Bakı. 9 aprel. REPORT.AZ/ Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Prezident Şurasının üzvləri təşkilatın rəhbəri Kirsan İlümjinovun dərhal istefasını tələb ediblər.
Fərdi
9 Aprel , 2018 05:39
FİDE-nin Prezident Şurası Kirsan İlümjinovun dərhal istefasını tələb edib

Bakı. 9 aprel. REPORT.AZ/ Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Prezident Şurasının üzvləri təşkilatın rəhbəri Kirsan İlümjinovun dərhal istefasını tələb ediblər.

"Report" xəbər verir ki, istefanın lehinə 14 şura üzvü səs verib. Üzvlərdən yalnız 1-i buna qarşı çıxıb.

FİDE-nin rəsmi saytında bildirilir ki, K. İllumcanovun adı ABŞ-ın sanksiyalar tətbiq etdiyi şəxslərin siyahısındadır. Buna görə ali şahmat qurumu maliyyə çətinliyini yaşayır. Xüsusən Qərb bankları təşkilatla əməkdaşlıqdan imtina ediblər. 

Ağır vəziyyət sponsorların və idmançıların qapılarını bağlayaraq, FİDE-nin nüfuzuna mənfi təsir göstərir. Həmçinin, təşkilatın Rusiyanın paytaxtı Moskvadakı ofisinin bağlanması tövsiyə edilib. 

1995-ci ilin noyabrından FİDE-yə rəhbərlik edən K. İllumcanov Suriya hökumətinə maddi kömək və Dəməşqin maraqları çərçivəsində fəaliyyətinə görə ABŞ-ın Maliyyə Nazirliyinin sanksiyalar siyahısına salınıb. 

Son xəbərlər

Orphus sistemi