"Ferrari" yeni "Formula-1" mövsümü üçün avtomobilini təqdim edib

"Ferrari" yeni "Formula-1" mövsümü üçün avtomobilini təqdim edib Onu Azərbaycan Qran Prisinə də gətirəcəklər
Fərdi
24 Fevral , 2017 14:19
Ferrari yeni Formula-1 mövsümü üçün avtomobilini təqdim edib

Bakı. 24 fevral. REPORT.AZ/ "Ferrari" komandası qarşıdakı "Formula-1" mövsümündə yararlanacağı yeni bolidin təqdimat mərasimini keçirib. 

"Report"un məlumatına görə, avtomobilin seriyası SF70H-dır.

"Scuderia Ferrari"ni maşının əsas pilotları - almaniyalı Sebastyan Fettel və finlandiyalı Kimmi Raykonen, habelə, ehtiyat pilot Antonio Covinatsi təqdim edib.

Qeyd edək ki, yeni mövsümə martın 26-da Avstraliyanın Melburn şəhərində start veriləcək. İyunun 23-25-də isə Bakıda Azərbaycan Qran-prisi keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi