"Ferrari" komandası karantinə alındı

"Ferrari" komandası karantinə alındı Formula 1 üzrə dünya çempinatında iştirak edən Ferrari komandası karantinə alınıb.
Fərdi
18 Mart , 2020 10:07
Ferrari komandası karantinə alındı

"Formula 1" üzrə dünya çempinatında iştirak edən "Ferrari" komandası karantinə alınıb.

"Report"un məlumatına görə, komanda Avstraliyanın Melburn şəhərindəki ləğv olunan Qran-pridən sonra 14 günlük karantin elan edib.

"Ferrari"nin heç bir üzvündə koronavirus testi müsbət nəticə verməyib. Komanda evlərinə qayıda bilməyən hər kəsə otellərdə qalmağı təklif edib. İtaliya təmsilçisi üzvlərinin nə vaxt işə qayıdacağı bəlli deyil.

Bildirilib ki, şirkətin zavodları ən azı martın 27-dək bağlanır. Səbəb İtaliyada koronavirus pandemiyasının çox yayılmasıdır. "Fiat" və "Ferrari"nin sahibi Anyelli ailəsi İtaliyada koronavirusla mübarizəyə 10 milyon avro bağışlayıb.

Qeyd edək ki, daha öncə "Formula 1" rəhbərliyi Avstraliyadakı yarışı koronavirusa görə ləğv edib. Bəhreyn, Vyetnam və Çin Qran-priləri qeyri-müəyyən müddətə təxirə salınıb. 5 - 7 iyunda Azərbaycan Qran-prisi təşkil olunmalıdır.

Son xəbərlər

Orphus sistemi