Fəridə Əzizova: "İslamiadada özümüzü ev sahibi kimi hiss edirdik"

Fəridə Əzizova: "İslamiadada özümüzü ev sahibi kimi hiss edirdik" "İslamiada çox yaxşı keçdi. Qardaş ölkədə olduğu üçün özümüzü ev sahibi kimi hiss edirdik".
Fərdi
16 Avqust , 2022 10:09
Fəridə Əzizova: İslamiadada özümüzü ev sahibi kimi hiss edirdik

"İslamiada çox yaxşı keçdi. Qardaş ölkədə olduğu üçün özümüzü ev sahibi kimi hiss edirdik".

"Report"un məlumatına görə, bunu Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının qalibi olan taekvondoçu Fəridə Əzizova Bakıda qarşılama zamanı jurnalistlərə açıqlamasında deyib.

67 kq çəki dərəcəsində qızıl medal qazanan idmançı yarışın çox çətin keçmədiyini bildirib: "Avropa və dünya çempionatlarında mənim daha güclü rəqiblərim var. Ona görə çətinlik orta səviyyədə idi".

Əzizova ilin sonunadək dünya çempionatı və Qran-prilərə qatılacaqlarını söyləyib: "Məşqlərimizə davam edəcəyik. Növbəti turnirlərdə də yaxşı çıxış etməyə çalışacağıq".

Son xəbərlər

Orphus sistemi