Fəridə Əzizova: "Bu nəticəni təkrarlamaq üçün çox əziyyət çəkdim"

Fəridə Əzizova: "Bu nəticəni təkrarlamaq üçün çox əziyyət çəkdim" Dünya çempionatı yaxşı keçdi. Yarışın 4-cü günü döyüşürdüm. Həmin gün özümü yaxşı hiss edirdim.
Fərdi
22 May , 2019 18:41
Fəridə Əzizova: Bu nəticəni təkrarlamaq üçün çox əziyyət çəkdim

"Dünya çempionatı yaxşı keçdi. Yarışın 4-cü günü döyüşürdüm. Həmin gün özümü yaxşı hiss edirdim".

“Report” xəbər verir ki, bunu İngiltərənin Mançester şəhərindəki dünya çempionatında bürünc medal qazanan Azərbaycan taekvondoçusu Fəridə Əzizova deyib.

67 kq çəki dərəcəsində çıxış edən 24 yaşlı idmançı mundial ərzində yaxşı formada olduğunu sözlərinə əlavə edib. O, ilk görüşdə Kosta-Rika təmsilçisini üstələdiyini söyləyib: "Daha sonra iranlı rəqiblə döyüşdüm. Medal görüşündə isə Kot d`İvuar təmsilçisi ilə qarşılaşdım. Ona daha öncə məğlub olmuşdum. Buna baxmayaraq, dünya çempionatına daha yaxşı hazırlaşdığım üçün uduzsam belə, son iki saniyədə 4:6 hesabını 8:6 edə bildim. Qalib gəldim və bu, mənim üçün çox sevindirici hal idi. Altı il bundan öncə nəticə qazana bilmişdim. Bu nəticəni təkrarlamaq üçün çox əziyyət çəkdim".

Qeyd edək ki, dünya çempionatında Fəridə Əzizovadan başqa Milad Beigi Harçeqani (80 kq) qızıl medal qazanıb. Fəridə Əzizova 2016-cı ildə gənclərin dünya çempionatında da bürünc medala sahib olub. 

Son xəbərlər

Orphus sistemi