Fərid Qayıbov YUNESKO nümayəndə heyətini qəbul edib

Fərid Qayıbov YUNESKO nümayəndə heyətini qəbul edib Gənclər və idman naziri Fərid Qayıbov MINEPS VII konfransı ilə əlaqədar ölkəmizdə səfərdə olan YUNESKO nümayəndə heyətini qəbul edib.
Fərdi
24 İyun , 2023 16:59
Fərid Qayıbov YUNESKO nümayəndə heyətini qəbul edib

Gənclər və idman naziri Fərid Qayıbov MINEPS VII konfransı ilə əlaqədar ölkəmizdə səfərdə olan YUNESKO nümayəndə heyətini qəbul edib.

Nazirlikdən "Report"a bildirilib ki, görüş zamanı qonaqlara MİNEPS VII konfransına hazırlıq işləri barədə məlumat verilib. YUNESKO-nun sosial və humanitar elmlər üzrə baş direktonun müavini Qabriela Ramos səmimi qəbula görə nazirə təşəkkür edib və Azərbaycanda olmaqdan məmnunluğunu qeyd edib.

Görüşdə MINEPS VII konfransının ölkəmizdə keçirilməsinin əhəmiyyəti qeyd olunub və təşkilati işlərin başa çatdığı bildirilib. Konfransın proqramında əks olunan məsələlər, o cümlədən də “Fit for life” layihəsinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

Qəbulda YUNESKO-nun sosial və humanitar elmlər üzrə baş direktoru müavininin köməşçisi Juan Pablo Ramirez-Miranda, YUNESKO İdman sektorunun müdiri Filipp Müller, sektorun əməkdaşı Culia Scacchi, Baş Proqram Mütəxəssisi və “Fit for life” layihəsinin rəhbəri Nansi Maklen, Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəsi Elman Abdullayev, ölkəmizin YUNESKO üzrə Milli Komissiyasının 2-ci katibi Əfsanə Hüseynova və MINEPS VII işçi qrupunun üzvü, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev də iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi