Fərid Qayıbov UNESCO-da komitə sədri seçilib

Fərid Qayıbov UNESCO-da komitə sədri seçilib Gənclər və idman naziri Fərid Qayıbov UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin sədri seçilib.
Fərdi
24 May , 2022 15:53
Fərid Qayıbov UNESCO-da komitə sədri seçilib
Fərid Qayıbov

Gənclər və idman naziri Fərid Qayıbov UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin sədri seçilib.

"Report"un məlumatına görə, bu barədə qərar UNESCO-nun baş qərargahında Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitənin (CİGEPS) fövqəladə iclasında qəbul olunub.

İclasın keçirilməsində əsas məqsəd komitənin Büro üzvlərinin və sədrinin seçilməsi olub. Qəbul olunmuş qərara əsasən, komitənin 18 üzvü arasından Azərbaycan, Fransa, Venezuela, Şri-Lanka, Madaqaskar və Qətər Komitənin büro üzvləri seçiliblər.

İclas zamanı Azərbaycan Respublikasının UNESCO yanında Daimi nümayəndəsi Elman Abdullayev çıxış edərək, bütün Komitə üzvlərinə verdikləri dəstəyə görə Azərbaycan hökuməti adından təşəkkürünü bildirib, Azərbaycanın sədrliyi müddətində komitənin işinin daha effektiv həyata keçirilməsi istiqamətində bütün komitə üzvləri ilə sıx əməkdaşlıq edəcəyini vurğulayıb.

Qeyd edək ki, Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitə bütün dünyada bədən tərbiyəsi və idman sahəsinə aid siyasət və proqramların üzv ölkələr arasında effektiv həyata keçirilməsini təşviq edən UNESCO-nun yeganə Komitəsidir.

Komitənin üzv ölkələri Azərbaycanı təbrik ediblər. Üzv ölkələr Azərbaycanın MİNEPS VII ev sahibliyi etmək qərarını yüksək qiymətləndirib.

Son xəbərlər

Orphus sistemi