Fərid Qayıbov: "Vəziyyət təhlükəsiz hesab olunmasa..."

Fərid Qayıbov: "Vəziyyət təhlükəsiz hesab olunmasa..." Bu qərarlar yerli federasiyalardan əldə etdiyimiz mövcud məlumatlar və Avropadakı hazırkı vəziyyətlə əlaqədar qəbul edildi.
Fərdi
4 İyun , 2020 12:28
Fərid Qayıbov: Vəziyyət təhlükəsiz hesab olunmasa...

"Bu qərarlar yerli federasiyalardan əldə etdiyimiz mövcud məlumatlar və Avropadakı hazırkı vəziyyətlə əlaqədar qəbul edildi".

"Report" xəbər verir ki, bunu Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov qurumun rəsmi saytına açıqlamasında deyib. O, hazırda 3 Avropa çempionatını payızda təşkil etməyin mümkünlüyünü düşündüklərini sözlərinə əlavə edib. 

Qayıbov bildirib ki, qurum növbəti aylarda vəziyyəti qiymətləndirməyə davam edəcək: "Daha sonrakı mərhələdə vəziyyət kifayət qədər təhlükəsiz hesab olunmasa, buna müvafiq qaydada reaksiya verəcəyik. Gimnastların, məşqçilərin, tamaşaçıların sağlamlığı əsas qayğımız olaraq qalır".

Qeyd edək ki, idman gimnastikası üzrə həm kişilər, həm də qadınlar arasında Avropa çempionatı bu il Bakıda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi