Fərid Qayıbov dünya çempionatında medal qazanmış boksçularla görüşüb

Fərid Qayıbov dünya çempionatında medal qazanmış boksçularla görüşüb Gənclər və idman naziri Fərid Qayıbov Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında uğurla çıxış etmiş Azərbaycan boksçuları ilə görüşüb.
Fərdi
24 Noyabr , 2021 22:00
Fərid Qayıbov dünya çempionatında medal qazanmış boksçularla görüşüb
0 : 00
0 : 00

Gənclər və idman naziri Fərid Qayıbov Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında uğurla çıxış etmiş Azərbaycan boksçuları ilə görüşüb.

Nazirlikdən "Report"a verilən məlumata görə, F.Qayıbov dünya çempionu Alfonso Dominges (86 kq), bürünc mükafatçılar Sərxan Əliyev (71 kq) və Məhəmməd Abdullayevi (+92 kq) növbəti uğurları münasibətilə təbrik edib, onlara qarşıdakı yarışlarda qələbələr arzulayıb.

Görüşdə Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov, baş katib Nağı Səfərov və yığma komandanın böyük məşqçisi Nəriman Abdullayev də iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi