Fərid Qayıbov daha bir federasiyanın fəaliyyəti ilə tanış olub

Fərid Qayıbov daha bir federasiyanın fəaliyyəti ilə tanış olub Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Stolüstü Tennis Federasiyasında olub.
Fərdi
9 Dekabr , 2021 18:04
Fərid Qayıbov daha bir federasiyanın fəaliyyəti ilə tanış olub

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Stolüstü Tennis Federasiyasında olub.

Nazirlikdən "Report"a verilən məlumata görə, federasiyanın fəaliyyəti ilə tanış olan F.Qayıbov idmançıların məşq proseslərini izləyib, onlarla söhbət edib və məşqçilərlə fikir mübadiləsi aparıb.

Federasiyanın vitse-prezidenti Fazil Məmmədov qarşıdakı yarışlar, hazırlıq və gələcək iş planı barədə nazirə məlumat verib. Yığma üzvləri üçün yaradılmış şəraitlə tanışlıqdan sonra F.Qayıbov bir sıra tövsiyələr verib və idmançılara uğurlar arzulayıb.

Federasiya üzvləri ilə görüşdə nazir müavini Mariana Vasileva da iştirak edib.

Son xəbərlər

Orphus sistemi