Fərid Qayıbov Anqolanın gənclər və idman nazirinin müavinini qəbul edib
Fərdi
- 06 noyabr, 2024
- 10:40
Noyabrın 6-da gənclər və idman naziri Fərid Qayıbov Anqolanın gənclər və idman nazirinin müavini Paulo Rodriqes da Silvanı qəbul edib.
"Report" xəbər verir ki, qonağı salamlayan nazir ona son illərdə Azərbaycanda gənclər və idman sahəsində görülən işlər, qazanılan uğurlar barədə məlumat verib, ölkələr arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə Azərbaycan ilə Anqola arasında ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub.
Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsi müdirinin müavini Ülviyyə Axundova, Beynəlxalq əlaqələr sektorunun müdiri Zərifə Zülfüqarova və Anqola Gənclər və İdman Nazirliyinin İnfrastruktur Departamentinin müdiri Elizabet Kailo da görüşdə iştirak ediblər.
Son xəbərlər
01:55
UEFA Çempionlar Liqası: "Real" və PSJ qalib gəlib
Futbol01:23
Pirşağı və Ləhic bağlarında işıq olmayacaq
Energetika01:15
Ali Tsokayev: "Bu, Avropada ilk qızıl medalımdır"
Fərdi01:11
Pezeşkian: İran sülhə sadiqdir, lakin ABŞ və İsraildən qəti zəmanətlər lazımdır
Region00:44
Rusiya Prezidentinin xüsusi nümayəndəsi Trampın təmsilçiləri ilə görüşüb
Region00:21
Azərbaycanın sərbəst güləş komandası Serbiyada Avropa çempionatında ikinci yeri tutub
Komanda00:14
İlham Əliyev və Antonio Koşta Azərbaycan-Ermənistan sülh prosesindəki tarixi irəliləyişi alqışlayıblar
Xarici siyasət00:09
Azərbaycan-Aİ əməkdaşlığı hər iki tərəfin ortaq maraqlarını əks etdirir - BƏYANAT
Xarici siyasət00:03