Fərid Mansurov: "İdmançılarımız MDB Oyunlarının ciddiliyini başa düşürlər"

Fərid Mansurov: "İdmançılarımız MDB Oyunlarının ciddiliyini başa düşürlər" "MDB Oyunları ilk dəfədir keçirilir. Əslində bu yarış keçən il baş tutmalı idi, lakin pandemiya səbəbindən təxirə salındı. Azərbaycan idmançıları Oyunlarda böyük heyətlə iştirak edir".
Fərdi
347
2 Sentyabr , 2021 16:33
Fərid Mansurov: İdmançılarımız MDB Oyunlarının ciddiliyini başa düşürlər
Fərid Mansurov

"MDB Oyunları ilk dəfədir keçirilir. Əslində bu yarış keçən il baş tutmalı idi, lakin pandemiya səbəbindən təxirə salındı. Azərbaycan idmançıları Oyunlarda böyük heyətlə iştirak edir".

Bunu "Report"un Rusiyanın Kazan şəhərinə ezam olunmuş əməkdaşına açıqlamasında Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov deyib.

Yunan-Roma güləşi üzrə olimpiya və ikiqat dünya çempionu bildirib ki, Azərbaycan 16 idman növünün 14-də təmsil olunur. İlk olaraq, mübarizəyə boksçular başlayıblar: "Bu gün 5 boksçumuzdan 2-si qalib gəlib, 2-si uduzub, 1-i isə tezliklə rinqə çıxacaq. Sabah isə güləş yarışları start götürəcək. Ümumilikdə Azərbaycan nümayəndə heyətində 200-dən çox şəxs yer alıb. Sentyabrın 4-də I MDB Oyunlarının açılışı olacaq. İdmançılarımıza uğurlar arzulayıram".

Yarışlara yeniyetmə və gənc idmançıların qatıldığını xatırladan Mansurovun fikrincə, bu, bir təcrübədir: "Belə turnirlərdə uğur qazanan idmançılar da gələcəkdə yığma komandalarda öz yerlərini tutacaqlar. Yeniyetmə və gənclər arasında belə yarışların çoxluğu idmançılarımız üçün bir o qədər yaxşıdır. İdmançılarımıza uğurlar və qələbələr arzulayıram. MDB Oyunlarına qatılan təmsilçilərimizin hamısı yarışın ciddiliyini başa düşürlər. Ölkəmizə uğur qazanaraq dönəcəklərinə inanıram".

Qeyd edək ki, I MDB Oyunlarının açılış mərasimi sentyabrın 4-də olacaq. Yarışa sentyabrın 11-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi