Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda bu gün sərbəst güləş yarışlarının püşkatma mərasimi keçirilib.
"Report" xəbər verir ki, nəticədə Azərbaycan idmançılarının da ilk rəqibləri müəyyənləşib.
57 kq
1/8 final: İslam Bazarqanov - Andrey Yatsenko (Ukrayna)
61 kq
1/8 final: Əhmədnəbi Qvarzatilov - Arman Yeloyan (Fransa)
65 kq
1/8 final: Hacı Əliyev - Hacımurad Rəşidov (Rusiya)
70 kq
1/8 final: Gitinoməhəmməd Hacıyev - Məhəmməd Əbdülkərim (Küveyt)
79 kq
Təsnifat mərhələsi: Rəşad Yusifli - Muhammet Kotanoğlu (Türkiyə)
86 kq
1/8 final: Abubakr Abakarov - Əhməd Maqamayev (Bolqarıstan)
92 kq
Təsnifat mərhələsi: Hacımuard Məhəmmədsəidov - Strahinya Despiç (Serbiya)
97 kq
1/4 final: Şamil Zubairov - Samhan Cəbrailov (Moldova)
125 kq
Təsnifat mərhələsi: Cəmaləddin Məhəmmədov - Oktay Günter (Türkiyə)
Qeyd edək ki, sabah 57, 70, 74, 92 və 125, dekabrın 17-də isə 61, 65, 79, 86 və 97 kq-da mübarizəyə start veriləcək.