Yuxarı

Fariz Məmmədov: "İdmanda istədiyim hədəfə çatdım"

Azərbaycanın peşəkar boks tarixində ilk dəfə dünya çempionluğunu əldə edən Fariz Məmmədov brifinq keçirib

Bakı. 6 fevral. REPORT.AZ/ "İdmanda istədiyim hədəfə çatdım. Artıq boksda heç nə istəmirəm. Arzum bundan sonra millətə və dövlətə xidmət etməkdir". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın peşəkar boks tarixində ilk dəfə olaraq WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionluğunu əldə edən Fariz Məmmədov deyib.

O, bildirib ki, artıq işini Azərbaycan Həvəskar Boks Federasiyasında davam etdirəcək. Fariz Məmmədovun sözlərinə görə, əgər ölkəmizdə Peşəkar Boks Federasiyası açılarsa, bu sahədə çox gözəl potensial mövcuddur. Çünkü Azərbaycanda çox perspektivli gənclər var. 

Döyüşlə bağlı təəsuratlarını bölüşən boksçu deyib: "Səhflərə də yol verdim. Boş zərbələr aldım. Əvvəlcə taktikanı düz qurmadım. Altıncı raundda toparlandım. Mən bilirdim ki rəqib 8-ci raundda döyüşə bilməyəcək. Amma çox təcrübəli boksçuydu".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi