Fabiano Karuana: “Nüfuzlu turnirin qalibi olduğuma görə çox şadam"

Fabiano Karuana: “Nüfuzlu turnirin qalibi olduğuma görə çox şadam" "Şəhriyar Məmmədyarovla ilk oyun çətin keçdi. Sonrakı qarşılaşmada az qalsın məğlub olacaqdım. Amma daha sonra macarıstanlı Riçard Rapporta armaqeddonda qalib gəldim. Belə bir nüfuzlu yarışın qalibi olduğuma görə çox sevinirəm".
Fərdi
24 Dekabr , 2021 10:06
Fabiano Karuana: “Nüfuzlu turnirin qalibi olduğuma görə çox şadam
Fabiano Karuana

"Belə nüfuzlu yarışın qalibi olduğuma görə çox sevinirəm".

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycanın mərhum şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirin qalibi Fabiano Karuana yarışın rəsmi saytına açıqlamasında deyib.

ABŞ-dan olan 29 yaşlı qrossmeyster Şəhriyar Məmmədyarovla ilk oyununun çətin keçdiyini bildirib: "Sonrakı qarşılaşmada az qala məğlub olacaqdım. Amma daha sonra macarıstanlı Riçard Rapportu armageddonda məğlub etdim".

Karuana turnirin bundan sonra da təşkilinin şahmatçılar üçün əhəmiyyətli olacağını söyləyib: "Yarış ötən il pandemiya ilə əlaqədar keçirilmədi. Sevinirik ki, nüfuzlu turnir bu il baş tutub və bundan sonra hər il təşkil olunacaq. Blits və rapid üzrə oyunlar bir qədər çətin olsa da, maraqlı və gərgin rəqabət şəraitində keçdi. Belə yarışda iştirakdan məmnunam".

Qeyd edək ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olub.

Son xəbərlər

Orphus sistemi