“Əziz Şuşa” beynəlxalq velosiped yarışının qalibləri mükafatlandırlıb

“Əziz Şuşa” beynəlxalq velosiped yarışının qalibləri mükafatlandırlıb “Əziz Şuşa” beynəlxalq velosiped yarışının ilk mərhələsində uğur qazanan idmançılar mükafatlandırılıb.
Fərdi
9 İyul , 2022 13:02
“Əziz Şuşa” beynəlxalq velosiped yarışının qalibləri mükafatlandırlıb

“Əziz Şuşa” beynəlxalq velosiped yarışının ilk mərhələsində uğur qazanan idmançılar mükafatlandırılıb.

"Report"un məlumatına görə, Pirallahı rayonunda “Nərəkənd” parkının yaxınlığında 21 km məsafəyə fərdi ötüşmə növündə qalib gələn Azərbaycan millisinin və Türkiyənin "Sakarya BB Pro Team" kontinental klubunun üzvü Elçin Əsədov qızıl medala layiq görülüb. Ona medalı Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyev təqdim edib.

Qurumun vitse-prezidenti Robert Eyyubov isə idmançıya sarı köynək verib.

İkinci yeri tutan yığmanın digər velospiedçisi Musa Mikayılzadə gümüş, üçüncü olan Rumıniyanın "Styaua" komandasının üzvü Sergey Tsvetkov isə bürünc medalla təltif edilib.

Qeyd edək ki, yarışın II mərhələsi iyulun 10-da keçiriləcək. Bu mərhələ Füzuli Hava Limanından start götürməklə Şuşa şəhərindəki “Qarabağ” hotelinin qarşısına qədər davam edəcək. İdmançılar sonuncu gündə 71 km məsafədə qrup ötüşməsində güclərini sınayacaqlar.

Son xəbərlər

Orphus sistemi