Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycan cüdoçusu Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərində "Böyük Dəbilqə” turnirində gümüş medal qazanıb.
"Report" xəbər verir ki, o, finalda təcrübəli yaponiyalı olimpiya və 4 qat dünya çempionu Şohey Ono ilə qarşılaşıb.
Görüş 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının finalında olduğu kimi, Ononun qələbəsi ilə yekunlaşıb. Beləliklə, titullu cüdoçu Düsseldorfda ilk görüşdə yendiyi Hidayət Heydərovdan sonra daha bir azərbaycanlı cüdoçuya qalib gələrək, qızıl medal qazanıb.
81 kq-da yer alan Fəqan Quluzadə də elə ilk görüşdə polşalı Damian Şvarnoveçkiyə uduzaraq, mübarizəni dayandırıb.
İlk yarış günündə Azərbaycan cüdoçuları medalsız qalıblar.
***14:50
Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində start götürən "Böyük Dəbilqə" turnirində finala yüksəlib.
"Report"un məlumatına görə, 29 yaşlı idmançı buna 66 kq çəki dərəcəsində nail olub.
Mübarizəyə 1/16 final mərhələsindən başlayan Şıxəlizadə ilk görüşündə honq-konqlu Yuk Tinq Lini 24 saniyəyə yenib. Ardından o, moldovalı Denis Vieru, gürcüstanlı Vaja Marqvelaşvili və rusiyalı Abdula Abduljalilovu üstələyib. Həlledici görüşdə təcrübəli cüdoçu Tal Flikker (İJF) ilə üz-üzə gələcək.
Bu gün Azərbaycanın daha 4 cüdoçusu tatami üzərinə çıxıb. Vüqar Şirinli (60 kq) 1/16 finalda honq-konqlu Martin Launu yensə də, növbəti görüşündə özbəkistanlı Şarafuddin Lutfullayevə, İlkin Babazadə (66 kq) startdaca monqolustanlı Tumurxuleq Davadorja, Aişə Qurbanlı (48 kq) macarıstanlı Eva Çernoviçkiyə, Nəzakət Əzizova (57 kq) isə böyük britaniyalı Nekoda Smit-Devisə yenilərək mübarizəni dayandırıb.