Ermənistan Boks Federasiyasının yeni rəhbərliyinin keçirdiyi mətbuat konfransında qalmaqal baş verib

Ermənistan Boks Federasiyasının yeni rəhbərliyinin keçirdiyi mətbuat konfransında qalmaqal baş verib Bakı. 28 sentyabr. REPORT.AZ/ Ermənistan Boks Federasiyasının yenidən formalaşdırılmış rəhbərliyinin keçirdiyi mətbuat konfransında qalmaqal baş verib.
Fərdi
28 Sentyabr , 2018 21:13
Ermənistan Boks Federasiyasının yeni rəhbərliyinin keçirdiyi mətbuat konfransında qalmaqal baş verib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Ermənistan Boks Federasiyasının yenidən formalaşdırılmış rəhbərliyinin keçirdiyi mətbuat konfransında qalmaqal baş verib.

“Report” "News.am" saytına istinadən xəbər verir ki, jurnalistlərlə görüşü avqustun 2-də seçilən, lakin Ermənistan İdman Nazirliyinin tanımadığı qurumun rəhbərliyi pozub. 

Həmin federasiyanın prezidenti Artur Gevorqyan məşqçilər korpusu və idmançılarla zala daxil olaraq tədbirin baş tutmasına imkan verməyiblər. Onlar jurnalistlərin əvəzinə özləri suallar ünvanlamağa başlayıblar. Nəticədə tərəflər arasında mübahisə yaranıb. Mətbuat konfransı rinqə çevrilməsə də, yarımçıq qalıb. Tədbiri təşkil edənlər isə zalı tərk ediblər. 

Qeyd edək ki, Ermənistan Boks Federasiyasının avqustun 2-də keçirilmiş növbədənkənar konqresində Artur Gevorqyan yekdilliklə və alternativsiz yenidən prezident seçilib. Bir qrup məşqçi və boks ictimaiyyətinin nümayəndələri Milli Yığıncağın deputatı olan Gevorqyanın qanunsuz yolla seçildiyini iddia ediblər. Onlar İdman Nazirliyinə və Ermənistan Milli Olimpiya Komitəsinə (MOK) şikayət ediblər. Öz növbəsində, Nazirlik seçkinin həqiqətən də ciddi qanun pozuntuları şəraitində keçdiyini açıqlayıb. Gevorqyan isə Nazirlik və MOK-u müstəqil federasiyanın işlərinə müdaxilədə ittiham edib. 

Son xəbərlər

Orphus sistemi