​Elvin Mürsəliyev: "Olimpiadada zəif rəqib olmur"

​Elvin Mürsəliyev: "Olimpiadada zəif rəqib olmur" "Əziyyətimin bəhrəsini görüb, medal qazanacağam"
Fərdi
27 May , 2016 16:52
​Elvin Mürsəliyev: Olimpiadada zəif rəqib olmur

Bakı. 27 may. REPORT.AZ/ "Kuba, İran və Gürcüstan idmançıları ilə birgə təlim-məşq toplanışı bizim üçün faydalıdır. Bir tərəfdən rəqiblərimizlə görüşür, onları tanıyırıq. Digər tərəfdən, hazırlıq səviyyəmizi yüksəldirik. İnanıram ki, gərgin məşqlərimizin faydasını olimpiadada görəcəyik". Bunu "Report"a açıqlamasında 75 kq çəkidə mübarizə aparan yunan-Roma güləşçisi Elvin Mürsəliyev deyib.

28 yaşlı pəhləvan 2016-cı il Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcəyini bildirib: "Öz çəkimdə olimpiadaya vəsiqə qazanan Kuba idmançısı var. Onu da birinci dəfədir ki, burada tanıyıb, görürəm. Amerika Təsnifat Turnirində lisenziya aldığı üçün onu Avropa və başqa yarışlarda görməmişəm. Mənim çəkimdə Rafiq Hüseynovla aramızda rəqabət yoxdur. Şər deməsən, xeyir gəlməz. Zədə, problem olmasa, olimpiadaya mənim getmək imkanım var. Rafiqdə 80 kq-dr və o da Olimpiya çəkisinə aid deyil".

E.Mürsəliyev "Rio-2016"da öz çəkisində çıxış edəcək digər güləşçilərdən də söz açıb: "Olimpiadada zəif rəqib olmur və hər kəs güclüdür. Demək olar ki, ilk gündən sonadək final əhəmiyyətli görüşlər olur. Heç kim uduzmaq istəməz. Nə qədər çox əziyyət çəksən, o qədər də bəhrəsini görərsən. Düşünürəm ki, təlim-məşq toplanışlarında lazımi qədər işləmişəm. Ümid edirəm ki, bunun da nəticəsini görəcək və medal qazanacağam".

Qeyd edək ki, Elvin Mürsəliyev "Bakı 2015" I Avropa Oyunlarının qalibi olub. Onun aktivində dünya çempionatının gümüş (2014), Avropa çempionatlarının isə gümüş (2010) və bürünc (2014) medalları var.  

Son xəbərlər

Orphus sistemi