Elşən Abdulrəhimov: "İslamiada bizim üçün mötəbər və məsuliyyətli yarış idi"

Elşən Abdulrəhimov: "İslamiada bizim üçün mötəbər və məsuliyyətli yarış idi" "Kikboksinq ilk dəfə İslamiadanın proqramına salınmışdı. Bizim üçün çox mötəbər və məsuliyyətli yarış idi".
Fərdi
19 Avqust , 2022 19:26
Elşən Abdulrəhimov: İslamiada bizim üçün mötəbər və məsuliyyətli yarış idi

"Kikboksinq ilk dəfə İslamiadanın proqramına salınmışdı. Bizim üçün çox mötəbər və məsuliyyətli yarış idi".

"Report"un məlumatına görə, bunu kikboksinq üzrə Azərbaycan milli komandasının baş məşqçisi Elşən Abdulrəhimov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

O, İslamiadaya ciddi hazırlaşdıqlarını bildirib: "İdmançılarımız uğurlu çıxış etdilər. 3 qızıl, 5 gümüş və 7 bürünc medal qazandıq. Bu, heyətin 70 faizinin mükafatla geri dönməsi deməkdir. İnanıram ki, bundan sonra uğurlarımız daha çox olacaq".

Son xəbərlər

Orphus sistemi