Elnur Məmmədli: "Biz də hamı kimi yeni qaydalara əməl edəcəyik"

Elnur Məmmədli: "Biz də hamı kimi yeni qaydalara əməl edəcəyik" "Yanvarın 1-dən cüdoda yeni qaydalar tətbiq olunur və biz də artıq bunun üzərində işləməyə başlamışıq".
Fərdi
24 Yanvar , 2022 21:10
Elnur Məmmədli: Biz də hamı kimi yeni qaydalara əməl edəcəyik

"Yanvarın 1-dən cüdoda yeni qaydalar tətbiq olunur və biz də artıq bunun üzərində işləməyə başlamışıq".

"Report"un məlumatına görə, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli Beynəlxalq Cüdo Federasiyasının (IJF) 2022 - 2024 olimpiya dövrü üçün elan etdiyi yeni qaydalarla bağlı təşkil olunmuş seminar zamanı jurnalistlərə açıqlamasında deyib.

Funksioner bildirib ki, idmançıları yeniliklərlə tanış etmək məqsədilə beynəlxalq dərəcəli hakim Vladimir Nutsubidzeni Bakıya dəvət ediblər: "İki gün ərzində böyüklər, yeniyetmələr və qadınlarla seminar keçirəcək. Yeni qaydaları IJF müəyyənləşdirib. Bu seminar bizim üçün çox faydalı olacaq. Bu səviyyədə bir hakimin Azərbaycana gəlməsi böyük qələbə və xoşbəxtlikdir. Yaxın günlərdə Portuqaliya və Fransada yarışlarımız olacaq, orada yeni qaydalar tətbiq ediləcək".

Olimpiya çempionunun sözlərinə görə, federasiyanın əsas prinsiplərindən biri beynəlxalq dərəcəli hakim yetişdirməkdir: "Bildiyiniz kimi, seminara hakimlər də cəlb etmişik. Qısa zamanda Avropa və dünya çempionatlarında, həmçinin olimpiadalarda iştirak edəcək hakimimiz olacaq. İdmançılar kimi, ədalət təmsilçiləri də reytinq xalları qazanmalıdır. Bunun üçün hakimlərimizə dəstək olacağıq".

E.Məmmədli qeyd edib ki, yeni qaydalar qoyulubsa, buna uyğunlaşmaq lazımdır: "Bu, tək Azərbaycana deyil, bütün ölkələrə aiddir. Hamı kimi yeni qaydalara əməl edəcəyik".

Son xəbərlər

Orphus sistemi