Yuxarı

​Elman Rüstəmov: Şahmat Evinin tikintisi üçün yer axtarırıq

Tikinti üçün layihə hazırdır

Bakı. 9 sentyabr. REPORT.AZ/ "Şahmat Evinin tikintisi üçün layihə hazırdır, amma münasib yer axtarırıq".

"Report" xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov bildirib.

E.Rüstəmov federasiyanın hazırda yeni dövlət proqramı barədə düşündüyünü qeyd edib:

"Əvvəlki proqram çox böyük səmərə verdi. Hazırda yeni dövlət proqramı barədə düşünürük. Şahmat Evinin tikintisi üçün layihə hazırdır, amma münasib yer axtarırıq ki, Şahmat Evini tikək. İstəyirik ki, şahmatçıların gediş-gəlişi üçün əlverişli məkanda olsun".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi