Eldəniz Əzizli bürünc medal uğrunda mübarizə aparacaq

Eldəniz Əzizli bürünc medal uğrunda mübarizə aparacaq Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında yarınfinal görüşünə çıxıb.
Fərdi
14 Sentyabr , 2019 16:14
Eldəniz Əzizli bürünc medal uğrunda mübarizə aparacaq

Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında yarınfinal görüşünə çıxıb. 

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 55 kq çəkidə yer alan Əzizlinin rəqibi qazaxıstanlı Xorlan Jakanşa olub. Görüşün əvvəlində Əzizli hesabda 0:3 geri düşsə də, fasiləyədək fərqi minimuma endirib.

İkinci hissədə isə Jakanşa fərqi artıraraq, qələbəyə nail olub - 11:5.

Beləliklə, ötənilki azərbaycanlı Avropa və dünya çempionu finala yüksələ bilməyib. O, bürünc medal uğrunda mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi