Yuxarı

​Eduard Məmmədov erməni rəqibini məğlub edərək 22-ci dəfə dünya çempionu olub

O bu titulu kikboksinqin WKA versiyası üzrə qazanıb

Bakı. 9 noyabr. REPORT.AZ/ Azərbaycan idmançısı Eduard Məmmədov (60 kq.) İspaniyanın Benidorm şəhərində keçirilən kikboksinqin WKA versiyası üzrə dünya cempionatının qalibi olub.

"Report" xəbər verir ki, finalda onun rəqibi erməni əsilli Fransa təmsilçisi Aşot Xaçaturyan olub.

"Ağ canavar" ləqəbli Azərbaycan idmançısı rəqibini məğlub edərək 22-ci dəfə dünya çempionu tituluna yiyələnib.

"Hər bir döyüş çətin keçir. Amma bu, ikiqat çətin idi. Rəqib peşəkar idi. Lakin buna baxmayaraq qalib gəldim. Məqsədim rəqibi təkcə udmaq yox, həm də əzmək idi və buna nail oldum", - deyə idmançı "Report"a açıqlamasında bildirib.

Qeyd edək ki, bu çəki dərəcəsində üçüncü yüri tutan da erməni idmançısıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi