Dünyanın ən yaxşı parataekvondoçusu seçildiyim üçün özümlə qürur duyuram.
"Report" xəbər verir ki, bunu Dünya Taekvondo Federasiyası tərəfindən 2024-cü ilin ən yaxşı kişi parataekvondoçusu adına layiq görülən İmaməddin Xəlilov deyib.
Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə danışan idmançı 2024-cü ildə bütün titullara yiyələndiyini xatırladıb:
"Karyeramdakı hədəflərimdən biri bütün çəkilər üzrə ilin ən yaxşı parataekvondoçusu seçilmək idi. Sevinirəm ki, buna nail oldum. Özümlə qürur duyuram. Bu uğurların davamlı olması və Azərbaycan bayrağını daim yüksəklərdə dalğalandırmaq üçün çalışmağa davam edəcəyəm".
Qeyd edək ki, İmaməddin Xəlilov Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.