Dünyanın ən yaşlı velosiped idmançısı vəfat edib

Dünyanın ən yaşlı velosiped idmançısı vəfat edib Qocaman idmançı Parisdən şimal-şərqdə yerləşən Mitri Mori şəhərindəki qocalar evində dünyasını dəyişib
Fərdi
22 May , 2021 17:53
Dünyanın ən yaşlı velosiped idmançısı vəfat edib

Həm 100-105 yaş arası, həm də yaşı 105-dən yuxarı olanlar arasında 100 kilometr məsafədə, habelə bir saat ərzində qət edilən məsafədə velosiped sürməkdə dünya rekordu sahibi, fransalı Rober Marşan (Robert Marchand; 1911) dünyasını dəyişib.

“Report” “France-3” TV-yə istinadən xəbər verir ki, qocaman idmançı Parisdən şimal-şərqdə yerləşən Mitri Mori şəhərindəki qocalar evində vəfat edib.

2017-ci ildə R.Marşan velodromda bir saat ərzində 22,5 km məsafə qət edərək 105-dən yuxarı yaş həddi üçün dünya rekorduna imza atıb. 2018-ci ilin yanvar ayından həkiminin təkidi ilə yarışlarda iştirak etməyən R.Marşan məşqlərinə davam edərək həmin ilin sonunda Ardeş departamentinin dağlıq ərazisində velosipedlə 20 km məsafə qət edib.

Son xəbərlər

Orphus sistemi