Dünyanın ən sürətli idmançısı zədələnib

Dünyanın ən sürətli idmançısı zədələnib Useyn Bolt Almaniyada müalicə kursu keçəcək
Fərdi
17 May , 2016 09:33
Dünyanın ən sürətli idmançısı zədələnib

Bakı. 17 may. REPORT.AZ/ Yamaykalı atlet Useyn Bolt Kayman adalarında keçirilmiş atletika yarışı zamanı 100 metr məsafəyə qaçarkən zədələnib. "Report"un məlumatına görə, bu barədə "Reuters"ə idmançının məşqçisi Qlen Mills açıqlama verib.

O bildirib ki, Bolt qalib olduğu qaçışdan bir müddət sonra dizaltı vətərində narahatlıq hiss edib. Yaxın müddətdə sprinter Almaniyada müalicə kursu keçməlidir. Məşqçisi idmançının zədəsinin ciddi olmadığını və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirakına maneçilik törətməyəcəyini bildirib. Dünyanın ən sürətli adamı iyunun 30-dan Kinqston toplanışında Yamayka yığmasına qoşulacaq.

Qeyd edək ki, Useyn Bolt 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında çıxış edib. O, 3 yarışda ümumilikdə 6 qızıl medal qazanıb. Yamaykalı sprinter 100 metr (9,58 saniyə) və 200 metr (19,19 saniyə) məsafələrə qaçışda hazırkı dünya rekordçusudur. Boltun da yer aldığı Yamayka yığması da London olimpiadasında 4X100 estafetində dünya rekordu (36,84 saniyə) müəyyənləşdirib.

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları 5 - 21 avqustda olacaq.

Son xəbərlər

Orphus sistemi