Dünyanın ən gülməli idmançılarının reytinq siyahısı hazırlanıb

Dünyanın ən gülməli idmançılarının reytinq siyahısı hazırlanıb Siyahıya Məhəmməd Əli və Zlatan İbrahimoviç də düşüb
Fərdi
27 Sentyabr , 2018 09:33
Dünyanın ən gülməli idmançılarının reytinq siyahısı hazırlanıb
0 : 00
0 : 00

Bakı. 27 sentyabr. REPORT.AZ/ Milli Basketbol Assosiasiyasının (NBA) dördqat qalibi Şakil ONil dünyanın ən gülməli idmançısı sayılıb. 

"Report"un məlumatına görə, reytinq siyahısını nüfuzlu "WatchMojo" portalı hazırlayıb. Araşdırmalar idmançıların başına gələn ekstravaqant və qeyri-adi hadisələr əsasında aparılıb. 

Siyahıda ikinci yeri mərhum boksçu Məhəmməd Əli tutub. "Üçlüy"ü Amerika futbolu oyunçusu Peyton Menninq qapayıb. 

İlk "onluq"dakı digər idmançılar basketbolçu Çarlz Barkli, tennisçi Novak Cokoviç, amerika futbolçusu Brett Favr, futbolçu Zlatan İbrahimoviç, hokkeyçi Pi Key Subban və Ceremi Renik, beysbolçu Brayan Uilsondur. 

Son xəbərlər

Orphus sistemi