Dünyanın birnömrəli raketka ustası "Australian Open"in 1/8 finalında məğlub olub

Dünyanın birnömrəli raketka ustası "Australian Open"in 1/8 finalında məğlub olub Endi Marrey Almaniya təmsilçisi Mişa Zveryevə uduzub
Fərdi
22 Yanvar , 2017 11:57
Dünyanın birnömrəli raketka ustası Australian Openin 1/8 finalında məğlub olub

Bakı. 22 yanvar. REPORT.AZ/ Dünyanın birnömrəli raketka ustası, britaniyalı Endi Marrey tennis üzrə Avstraliya açıq çempionatının ("Australian Open") 1/8 final mərhələsində Almaniyadan olan rəqibi Mişa Zveryevə uduzub.

"Report" xəbər verir ki, Zveryev Marreyi 7:5, 5:7, 6:2, 6:4 hesabı ilə məğlub edib.

Rəqiblər kort üzərində 3 saat 33 dəqiqə mübarizə aparıblar.

Zveryev yarışın ¼ finalında Rocer Federer (İsveçrə, 17) – Key Nisikori (Yaponiya, 5) cütünün qalibi ilə görüşəcək.

Son xəbərlər

Orphus sistemi