Dünya şahmat tacı uğrunda görüşün məkanı açıqlanıb

Dünya şahmat tacı uğrunda görüşün məkanı açıqlanıb FİDE prezidenti Kiyev meri ilə görüşüb
Fərdi
1 Sentyabr , 2015 11:07
Dünya şahmat tacı uğrunda görüşün məkanı açıqlanıb

Bakı. 1 sentyabr. REPORT.AZ/ Dünya şahmat tacı uğrunda qadınlar arasında görüş Ukraynanın Lvov şəhərində təşkil olunacaq. "Report"un məlumatına görə, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov açıqlama verib.

O bildirib ki, Ukrayna tərəfi 2016-cı martın 1-də start götürəcək matç üçün lazım olan 100 min dollarlıq üzvlük haqqını ödəyib. Müqavilə yaxın 2 gün ərzində imzalanacaq. Görüş martın 18-dək davam edəcək.

Eyni zamanda Kiyev meri Vitali Kliçko ilə görüşdə gələn ilin oktyabrında qadınlar arasında FİDE Qran Pri mərhələlərindən birinin Ukrayna paytaxtında təşkili razılaşdırılıb.

Qeyd edək ki, qadınlar arasında dünya şahmat tacı uğrunda qarşılaşmada çinli Hou İfan və ukraynalı Mariya Muzıçuk üz-üzə gələcək. 

Son xəbərlər

Orphus sistemi