Dünya Şahmat Tacı uğrunda görüşü keçirməyə namizəd şəhərlər açıqlanıb

Dünya Şahmat Tacı uğrunda görüşü keçirməyə namizəd şəhərlər açıqlanıb Argentina və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2020-ci ildə dünya şahmat tacı uğrunda görüşü keçirməyə namizədliklərini irəli sürüb.
Fərdi
5 Noyabr , 2019 11:02
Dünya Şahmat Tacı uğrunda görüşü keçirməyə namizəd şəhərlər açıqlanıb

Argentina və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2020-ci ildə dünya şahmat tacı uğrunda görüşü keçirməyə namizədliklərini irəli sürüb. 

"Report"un məlumatına görə, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç açıqlama verib. 

Həmin görüşdə üz-üzə gələcək şahmatçılardan biri hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen olacaq. O, 2020-ci ilin mart - aprelində Rusiyanın Yekaterinburq şəhərində təşkil olunacaq İddiaçılar Turnirinin qalibi ilə görüşəcək. Həmin turnirin iştirakçılarından biri Azərbaycan təmsilçisi Teymur Rəcəbov olacaq. 

Qeyd edək ki, Maqnus Karlsen 2013-cü ildə Hindistan şahmatçısı Vişvanatan Anandı yenərək, dünya şahmat tacına yiyələnib. O, 2014-cü ildə Rusiyanın Soçi şəhərində Anand, 2016-cı ildə ABŞ-ın Nyu-York şəhərində rusiyalı Sergey Karyakin və 2018-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda ABŞ təmsilçisi Fabiano Karuana üzərində qələbə sayəsində titulunu qoruyub.

Son xəbərlər

Orphus sistemi