Dünya paracüdoçuları Bakıda yarışacaq

Dünya paracüdoçuları Bakıda yarışacaq Paracüdo üzrə Qran-prinin Bakıda keçirilməsinə icazə verilib.
Fərdi
23 Aprel , 2021 13:22
Dünya paracüdoçuları Bakıda yarışacaq

Paracüdo üzrə Qran-prinin Bakıda keçirilməsinə icazə verilib.

"Report"un məlumatına görə, bu barədə Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası (IBSA) qərar qəbul edib.

Bu addım yarışın əhəmiyyəti nəzərə alınaraq, atılıb.

Heydər Əliyev adına İdman Arenasında keçiriləcək yarışa mayın 25-də start veriləcək. İki gün davam edəcək Qran-priyə 40-dan çox ölkənin qatılacağı gözlənilir.

Bununla bağlı Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb.

Qeyd edək ki, Bakı Qran-prisi Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır. Yarış Azərbaycanda tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun və tamaşaçı iştirakı olmadan keçiriləcək.

Son xəbərlər

Orphus sistemi