Bakı. 24 sentyabr. REPORT.AZ/ Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1\4 final mərhələsinin cavab görüşləri davam edir. “Report”un xəbərinə görə, bir qədər əvvəl başa çatan partiyada Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Sergey Karyakinlə cavab görüşündə də heç-heçə oynayıb. Tərəflər sabah tay-brekdə mübarizə aparacaq.





