Dünya Kuboku: Şahmatçılar bir neçə dəfə testdən keçiriləcək

Dünya Kuboku: Şahmatçılar bir neçə dəfə testdən keçiriləcək Rusiyanın Soçi şəhərindəki qadın və kişi şahmatçılar arasında Dünya Kubokunun iştirakçıları bir neçə dəfə koronavirus testindən keçəcəklər.
Fərdi
7 İyul , 2021 11:50
Dünya Kuboku: Şahmatçılar bir neçə dəfə testdən keçiriləcək

Rusiyanın Soçi şəhərindəki qadın və kişi şahmatçılar arasında Dünya Kubokunun iştirakçıları bir neçə dəfə koronavirus testindən keçəcəklər.

"Report"un məlumatına görə, bu barədə Beynəlxalq Şahmat Federasiyasının prezidenti (FIDE) Arkadi Dvorkoviç TASS-a müsahibəsində bildirib.

O, iştirakçıların təhlükəsizliyini ən yüksək səviyyədə təmin etməyə hazırlaşdıqlarını söyləyib: "Şahmatçılar bizə güvənirlər. Onlardan bir çoxu peyvənd olunub. Bu səbəbdən, qorxu daha azdır. Turnir ərzində hər kəsi virusa qarşı bir neçə dəfə testdən keçirəcəyik".

Qeyd edək ki, iyulun 10-da start götürəcək Dünya Kuboku avqustun 8-dək davam edəcək. Yarışa 206 kişi, 103 qadın şahmatçı qatılacaq. Azərbaycanı yarışda 4 kişi və 3 qadın şahmatçı təmsil edir.

Son xəbərlər

Orphus sistemi