Dünya Kuboku: Komandamızdan bürünc medal, Ağamirova 4-cü oldu - YENİLƏNİB-3

Dünya Kuboku: Komandamızdan bürünc medal, Ağamirova 4-cü oldu - YENİLƏNİB-3 Azərbaycan gümnastlarından Zöhrə Ağamirova lentlə hərəkətlərdə medal uğrunda mübarizə aparacaq
Fərdi
9 May , 2021 16:16
Dünya Kuboku: Komandamızdan bürünc medal, Ağamirova 4-cü oldu - YENİLƏNİB-3

Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna yekun vurulub.

"Report"un məlumatına görə, son olaraq, 3 halqa və 2 cüt gürzlə qrup hərəkətlərində final çıxışları baş tutub.

Zeynəb Hümmətova, Ləman Əlimuradova, Məryəm Səfərova, Darya Sorokina və Yelizaveta Luzandan ibarət Azərbaycan komandası 37.600 xal yığaraq, yekun sıralamada 5-ci olub.

15:26

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Bakıda keçirilən Dünya Kubokunda final çıxışını başa vurub.

"Report"un məlumatına görə, 20 yaşlı idmançı fərdi yarışlarda lentlə hərəkətlər üzrə öz məharətini nümayiş etdirib.

Yekunda 21.400 xal toplayan Ağamirova 4-cü pilləni tutub.

13:55

Bakıda Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda qrup hərəkətləri üzrə yarışlara start verilib.

"Report"un məlumatına görə, Azərbaycanı 5 topla hərəkətlərdə Zeynəb Hümmətova, Ləman Əlimuradova, Məryəm Səfərova, Darya Sorokina və Yelizaveta Luzandan ibarət komanda təmsil edib. Uğurlu çıxış edən kollektiv 44.000 xal toplayaraq, bürünc medal qazanıb.

Birinci yerə 45.600 xalla Bolqarıstan, ikinci yerə isə 44.550 xalla İtaliya komandası layiq görülüb.

09:45

Bu gün Bakıda Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya Kubokuna yekun vurulacaq.

"Report"un məlumatına görə, son gündə final çıxışları baş tutacaq.

Azərbaycan gümnastlarından Zöhrə Ağamirova lentlə hərəkətlərdə medal uğrunda mübarizə aparacaq.

Bundan başqa, Zeynəb Hümmətova, Ləman Əlimuradova, Məryəm Səfərova, Darya Sorokina və Yelizaveta Luzandan ibarət komandanı iki final çıxışı gözləyir. Kollektiv 5 top, həmçinin 3 halqa və 2 cüt gürzlə qrup hərəkətlərində qüvvəsini sınayacaq.

Qeyd edək ki, Dünya Kubokunda 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla, ümumilikdə 167 gimnast iştirak edir. Tokio-2020 Yay Olimpiya Oyunlarına təsnifat xarakterli yarışda ümumi sıralamanı ilk 3 pillədə bitirən bədii gimnastlar lisenziya əldə edəcək.

Son xəbərlər

Orphus sistemi