Dünya Kuboku: Azərbaycan şahmatçısı 1/8 finala yüksələrək tarixi uğura imza atıb
Fərdi
- 11 avqust, 2023
- 13:53
Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda keçirilən Dünya Kubokunda 1/8 finala yüksəlib.
"Report"un məlumatına görə, qrossmeyster 1/16 finalda FİDE adından çıxış edən Pyotr Svidlerlə dueldən qalib ayrılmaqla buna nail olub, O, ilk dəfə Dünya Kubokunda bu cür nəticəyə imza atıb.
Abasovla Svidler arasında ilk rapid oyunu bərabərliklə yekunlaşıb. İkinci rapid mübarizəsinin mittelşpilində mürəkkəb vəziyyət yaranıb. Abasov rəqibin piyadasını götürərək onun təşəbbüsünün qarşısını alıb. Sonda Azərbaycan təmsilçisi gözlənilməz taktiki gedişlə "ağlar"ın məğlubiyyətini rəsmiləşdirib.
Qeyd edək ki, Dünya Kubokunda 1/8 final mərhələsinin ilk oyunları avqustun 12-də baş tutacaq. Nicat Abasovun rəqibi BƏƏ təmsilçisi Saleh Salem olacaq.
Son xəbərlər
00:33
Starmer və Tramp Ukraynada uzunmüddətli atəşkəsin vacibliyini qeyd ediblər
Digər ölkələr00:08
ABŞ-də güclü fırtına səbəbindən təxminən 12 min aviareys ləğv edilib
Digər ölkələr23:49
Foto
Salyanda zəncirvari yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB
Hadisə23:31
"Turan Tovuz" İngiltərə çempionatında çıxış edən futbolçunu transfer edib
Futbol23:28
Türkiyənin MİT rəhbəri HƏMAS üzvləri ilə görüşüb
Region22:51
Minnesotanın qubernatoru Trampı ştatdakı miqrasiya reydlərini dayandırmağa çağırıb
Digər ölkələr22:30
Nyu-Yorkda binada partlayış olub, ölən və yaralılar var
Digər ölkələr22:19
Salyanda avtomobil piyadanı vuraraq öldürüb
Hadisə22:13