Dünya Güləş Birliyinin rəsmi saytı Hacı Əliyevdən yazdı

Dünya Güləş Birliyinin rəsmi saytı Hacı Əliyevdən yazdı Martın 18-də Macarıstanın paytaxtı Budapeştdə Avropa Olimpiya Təsnifat Turniri start götürəcək
Fərdi
13 Mart , 2021 01:39
Dünya Güləş Birliyinin rəsmi saytı Hacı Əliyevdən yazdı

Martın 18-də Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya Təsnifat Turniri start götürəcək.

"Report"un məlumatına görə, Dünya Güləş Birliyinin (UWW) rəsmi saytı Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarış öncəsi 65 kq çəki dərəcəsində mübarizə aparacaq idmançılarla bağlı yazı hazırlayıb.

Məqalədə bu çəkidəki əsas favoritlərdən biri olan Hacı Əliyevə xüsusi yer verilib. Bildirilib ki, üçqat Avropa və dünya çempionu, 2016-cı il Rio Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Tokio olimpiadasına vəsiqə qazanmaq üçün ən azı finala yüksəlməlidir. "Bunun üçün isə 16 güclü idmançının yer aldığı mübarizədən qalib ayrılmaq lazımdır".

Yazıda həmçinin 30 yaşlı güləşçinin 2019-cu ildə Qazaxıstanın paytaxtı Nur Sultandakı dünya çempionatındakı uğursuz çıxışından da bəhs olunub: "Əliyev 2015-ci ildəki dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq, 1 il sonra bürünc medal qazandığı Rio olimpiadasındakı yerini təmin etmişdi. Amma 2019-cu ildəki yarışda rusiyalı Hacımurad Rəşidov və yaponiyalı Takuto Otoquroya uduzan Hacı Əliyev 12-ci yeri tutmuşdu. Titullu güləşçi karyerasında ilk dəfədir bu cür halla üzləşir. O, qarşıdakı yarışda istənilən ssenariyə hazır olmalıdır. Çünki turnirdə təcrübəli güləşçilərlə yanaşı, gənc ulduzlarla da mübarizə aparacaq".

Qeyd edək ki, Azərbaycan martın 21-dək davam edəcək Avropa Olimpiya Təsnifat Turnirində ümumilikdə 16 güləşçi ilə təmsil olunacaq.

Son xəbərlər

Orphus sistemi