Yuxarı

​Güləşçilərin geyimlərində ölkənin bayrağı və milli federasiyanın loqosu əks olunacaq

Yenilik ilk olaraq birinci Dünya Təsnifat Turnirində tətbiq ediləcək

29 fevral. REPORT.AZ/ Dünya Güləş Birliyi güləşçilərin yarış geyimlərində yeni qaydalar tətbiq edəcəyini açıqlayıb. "Report"un məlumatına görə, güləşçilər əvvəlki kimi, göy və qırmızı rəngli standart geyimlərdən deyil, hər bir ölkə federasiyasının özünəməxsus hazırlatdığı, milli rənglərdən istifadə edilmiş güləş geyimlərindən istifadə edə biləcək.

Yeni qaydalara əsasən, güləş geyiminin ayaq və kürək nayihəsində göy və ya qırmızı zolaq mütləqdir. Güləş geyiminin ön tərəfində - sinədə ölkənin bayrağı və federasiyanın loqosu, arxa tərəfində - kürək nayihəsində isə ölkə adının abreviaturası və idmançının soyadı əks olunmalıdır.

Qeyd edək ki, dəyişikliklər 22 -24 apreldə Monqolustanın paytaxtı Ulan Batorda keçiriləcək birinci Dünya Təsnifat Turnirində və 6 - 8 mayda Türkiyənin İstanbul şəhərində təşkil olunacaq sonuncu Dünya Təsnifat Turnirində ilk dəfə tətbiq ediləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi