Dünya çempionu olan deputat və ailəsi koronavirusa yoluxdu

Dünya çempionu olan deputat və ailəsi koronavirusa yoluxdu Triatlon üzrə rusiyalı dünya çempionu Anton Şipulin koronavirusa yoluxub.
Fərdi
27 İyul , 2020 16:59
Dünya çempionu olan deputat və ailəsi koronavirusa yoluxdu

Biatlon üzrə rusiyalı dünya çempionu Anton Şipulin koronavirusa yoluxub.

"Report"un məlumatına görə, bu barədə 33 yaşlı keçmiş idmançı şəxsi "Instagram" hesabında paylaşım edib.

Dövlət Dumasının deputatı ilə yanaşı, onun ailə üzvləri - həyat yoldaşı Luiza və qızı Mirada da infeksiya aşkarlanıb.

Qeyd edək ki, Anton Şipulin 2016-cı ildə İtaliyada keçirilmiş dünya çempionatının estafet yarışında qızıl medal qazanıb. O həmçinin 2010-cu ildə Kanadanın Vankuver şəhərində təşkil olunmuş XXI Qış Olimpia Oyunlarının bürünc mükafatçısıdır.

Son xəbərlər

Orphus sistemi