Yuxarı
    Bağlamaq

    Dünya çempionu Maqnus Karlsen: Karuana üzərində qələbə layiqli oldu - FOTO

    Oyundan sonra keçirilən mətbuat konfransında şahmatçılar partiya haqda fikirlərini söyləyib

    Bakı. 19 aprel. REPORT.AZ/ Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turnirinin III turunda dünya çempionu Maqnus Karlsen İtaliya təmsilçisi Fabiano Karuana üzərində qələbə qazanıb.

    "Report"un xəbərinə görə, oyundan sonra keçirilən mətbuat konfransında şahmatçılar partiya haqda fikirlərini söyləyib.

    Norveçli dünya çempionu Karuanayla görüşə ciddi hazırlaşdığını deyib: "Ötən il Şəmkirdə keçirilən turnirin ilk dövrəsində məğlub olmuşdum. Amma revanş barədə qəti düşünmürəm. Sadəcə yaxşı oynamaqla qələbə qazanmaq istəyirdim. Etiraf edim ki, ciddi hazırlaşmışdım. Holland müdafiəsindən istifadə etdim. Rəqibin vaxtla bağlı problemi var idi. Belədə rahat oynamaq mümkündür. Məşqçinin dediklərini etdim və sonra artıq partiyanı uğurlu sonluğa çatdırmaq lazım idi. Qələbə layiqli oldu".

    Fabiano Karuana Karlsenlə görüşdə fikirləşdiyi gedişləri etmədiyini bildirdi: "Maqnus Karlsen oyuna ciddi hazırlaşmışdı. Mən istədiyimi edə bilmədim. Fərqli oyun olmalıydı. Lazımi gedişləri etmədim. Partiyanın başlanğıcı alınmadı. Debütdə problemlər oldu. Ardınca vaxt problemim yarandı. Çalışırdım heç olmasa heç-heçə edim. Mümkün olmadı. Tez bir zamanda bu oyunu unutmalıyam".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi