Dünya çempionu dopinqə görə 2 il müddətinə diskvalifikasiya olunub
Fərdi
- 04 aprel, 2023
- 09:36
Böyük britaniyalı boksçu Əmir Xan qadağan olunmuş maddələrdən istifadə etdiyi üçün iki il müddətinə diskvalifikasiya olunub.
“Report” Böyük Britaniyanın Antidopinq Agentliyinin (UKAD) rəsmi saytına istinadən xəbər verir ki, 2022-ci ilin fevralında həmyerlisi Kell Bruka uduzduqdan sonra dünya çempionunun dopinq testində qadağan olunmuş ostarin maddəsi aşkar edilib.
Proses zamanı 36 yaşlı boksçu komissiyaya bu maddədən qəsdən istifadə etmədiyini bildirib. Sanksiya 2022-ci il aprelin 6-dan hesablanır.
Qeyd edək ki, ötən ilin mayında karyerasını bitirdiyini açıqlayan Əmir Xan 2004-cü ildə 60 kq çəki dəcərəsində Afinada keçirilən olimpiadanın gümüş medalını qazanıb. O, həmin il gənclər arasında dünya çempionluğunu əldə edib.
Son xəbərlər
17:32
Komitə bağçada təhsil alan uşağın qanında psixotrop maddə aşkarlanması iddiası ilə bağlı müraciət edib
Daxili siyasət17:30
Pakistanda gömrük binasına hücum nəticəsində 6 nəfər ölüb
Digər ölkələr17:26
Rövşən Hüseynli: "Millinin tarixində Kukseviçin dönəmindəki qədər böyükhesablı məğlubiyyətlər olmayıb"
Futbol17:25
CPC: Orta Dəhlizlə yükdaşımaların ümumi həcmi 2021-ci illə müqayisədə 9 dəfə artıb
İnfrastruktur17:19
"Samsung" son 2 ayda Azərbaycanın mobil cihaz bazarındakı payının 10 %-dən çoxunu itirib
İKT17:15
Gömrük nəzarətindən yayındırılan 232 min manatlıq məhsullar aşkar olunub
Biznes17:10
Foto
Gürcüstan və Türkiyə DİN-ləri cinayətkarlığa qarşı birgə mübarizəni müzakirə ediblər - YENİLƏNİB
Region17:06
Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb
Fərdi17:05
Foto