Dünya çempionu dopinqdən istifadəyə görə cəzalanıb

Fərdi
  • 09 mart, 2022
  • 10:27
Dünya çempionu dopinqdən istifadəyə görə cəzalanıb

Cənubi Afrika Respublikasından (CAR) olan atlet Tando Dlodlo antidopinq qaydalarını pozduğu üçün diskvalifikasiya edilib.

"Report" yerli Dopinqsiz İdman İnstitutunun rəsmi saytına istinadən xəbər verir ki, 2021-ci il Polşadakı dünya çempionatında qızıl medal qazanan 23 yaşlı idmançı Ümumdünya Antidopinq Məcəlləsinin 2.1-ci bəndini pozduğu üçün cəzalanıb.

Onun dopinq nümunəsində testosteron tapılıb. Sprinterin cəza müddəti 2,5 ildir. Dlodlonun 2021-ci ilin aprelində CAR çempionatındakı testi pozitiv çıxıb.

Qeyd edək ki, Tando Dlodlo mundialda 4x100 m estafet yarışında qızıl medal əldə edib.