Yuxarı

Dünya çempionu Bakıda keçiriləcək Avropa Qran Prisinin səfiri olub

Fernando Alonso 4-cü səfir olacaq

Bakı. 2 mart. REPORT.AZ/ Fernando Alonso Bakıda keçiriləcək Avropa Qran Prisinin səfiri olub. "Report"un məlumatına görə, bu barədə Bakı Şəhər Halqasının (BŞH) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai açıqlama verib.

O, daha geniş açıqlamanın yaxın saatlarda veriləcəyini deyib. N.Arpadarai  F.Alonsonun Avropa Qran Prisində dördüncü səfir olacağını əlavə edib.

34 yaşlı ispaniyalı pilot iki dəfə dünya çempionluğunu yaşayıb.

Qeyd edək ki, digər səfirlər Rəhim Əliyev, Gülhüseyn Abdullayev və Tünzalə Ağayevadır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi