Dünya çempionu 4 aydan sonra komadan ayılıb

Dünya çempionu 4 aydan sonra komadan ayılıb Dekabrın əvvəlində dəhşətli qəzaya düşən niderlandlı velosipedçi Emi Piters komandan ayılıb.
Fərdi
207
29 Aprel , 2022 09:59
Dünya çempionu 4 aydan sonra komadan ayılıb
Emi Piters

Dekabrın əvvəllərində dəhşətli qəzaya düşən niderlandlı velosipedçi Emi Piters komadan ayılıb.

"Report" xəbər verir ki, bu barədə 31 yaşlı idmançının çıxış etdiyi "SD Worx" komandası açıqlama yayıb.

Pitersin şüurunun yerində olduğu və tibb işçiləri ilə ünsiyyət qurduğu bildirilib. Həkimlər velosipedçinin travmatik beyin zədəsinin və komanın hansı nəticələrə səbəb olacağını hələlik açıqlamayıblar.

Qeyd edək ki, Emi Piters 2019 - 2021-ci illərdəki dünya çempionatında Kirsten Vild ilə birlikdə komanda yarışında qızıl medal qazanıb. O, məşq zamanı keçirdiyi qəzadan sonra başından ağır xəsarətlər almışdı.

Son xəbərlər

Orphus sistemi