Dünya çempionatı: Azərbaycan gimnastları üçün 3 final - YENİLƏNİB

Dünya çempionatı: Azərbaycan gimnastları üçün 3 final - YENİLƏNİB Bakıda aerobika gimnastikası üzrə Dünya çempionatı davam edir.
Fərdi
28 May , 2021 16:33
Dünya çempionatı: Azərbaycan gimnastları üçün 3 final - YENİLƏNİB

Bakıda keçirilən aerobika gimnastikası üzrə Dünya çempionatında təsnifat mərhələsinə yekun vurulub.

"Report"un məlumatına görə, son olaraq qrup yarışlarında finalçılar müəyyənləşib.

Vladimir Dolmatov, İmran İmranov, Nərminə Hüseynova, Xoşqədəm Quliyeva, Balaxanım Əhmədovadan ibarət Azərbaycan komandası seçmə mərhələdə 19.761 xal toplayaraq, 7-ci yeri tutub. Bu nəticə kollektivi finala yüksəldib.

15:51

Bakıda keçirilən aerobika gimnastikası üzrə Dünya çempionatında aerodans proqramı üzrə təsnifat yarışı başa çatıb.

"Report"un məlumatına görə, Elçin Məmmədov, İmran İmranov, Nərminə Hüseynova, Nurcan Cabbarlı, Mədinə Mustafayeva, Nigar İbrahimbəyli, Akif Kərimli və Ayxan Əhmədlidən ibarət Azərbaycan komandası uğurlu nəticəyə imza atıb.

18.200 xal yığan kollektiv həlledici raunda lider kimi adlayıb.

14:49

Azərbaycan gimnastı Vladimir Dolmatov Bakıda keçirilən aerobika gimnastikası üzrə Dünya çempionatında finala yüksəlib.

"Report"un məlumatına görə, fərdi proqramda 21.000 xal toplayan idmançı 7-ci pillənin sahibi kimi həlledici raunda vəsiqə qazanıb.

13:24

Azərbaycan gimnastları Mədinə Mustafayeva və Vladimir Dolmatov Bakıda keçirilən aerobika gimnastikası üzrə Dünya çempionatında çıxışlarını başa vurub.

"Report"un məlumatına görə, qarışıq cütlük yarışında təsnifat mərhələsini 20.650 xalla tamamlayan idmançılar yekun sıralamada 12-ci olub. Bu nəticə isə finala yüksəlmək üçün kifayət etməyib.

11:56

Bakıda aerobika gimnastikası üzrə Dünya çempionatı davam edir.

"Report"un məlumatına görə, bu gün qarışıq cütlük, fərdi kişilər, aerodans və qrup proqramında təsnifat, üçlük, fərdi qadınlar və aerodans növlərində isə final görüşləri keçiriləcək.

Azərbaycanı kişilərin fərdi yarışında Vladimir Dolmatov, qarışıq cütlükdə Mədinə Mustafayeva - Vladimir Dolmatov, qrup yarışlarında Vladimir Dolmatov, İmran İmranov, Nərminə Hüseynova, Xoşqədəm Quliyeva, Balaxanım Əhmədova, aerodansda isə Elçin Məmmədov, İmran İmranov, Nərminə Hüseynova, Nurcan Cabbarlı, Mədinə Mustafayeva, Nigar İbrahimbəyli, Akif Kərimli və Ayxan Əhmədli təmsil edəcək.

Qeyd edək ki, ilk gündə fərdi proqramda çıxış edən Nurcan Cabbarlı 17.600 xalla 24-cü olub və finala yüksələ bilməyib.

Son xəbərlər

Orphus sistemi