Sabah Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı start götürəcək.
"Report" Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, ilk 3 yarış günündə sərbəst güləş üzrə mübarizə baş tutacaq. Bu gün güləşin bu növündə püşkatma mərasimi keçirilib və millimizin üzvlərinin ilk rəqibləri müəyyənləşib.
57 kq
1/8 final: Nurəddin Novruzov - Simyone Piroddu (İtaliya)
61 kq
Təsnifat: Əbülfəz Nəsirov - Salamat Malikov (Qazaxıstan)
65 kq
1/8 final: Zirəddin Bayramov - Mustafa Əhmədov (Tacikistan)
70 kq
1/8 final: Cəbrayıl Hacıyev - İvan Stoyanov (Bolqarıstan)
74 kq
1/8 final: Turan Bayramov - Stas Volf (Almaniya)
79 kq
Təsnifat: Əşrəf Aşırov - Osman Dzasezevs (Latviya)
86 kq
1/8 final: Saqadulla Ağayev - Samatbek Uulu (Qırğızıstan)
92 kq
Təsnifat: Abdulcəlil Şabanov - Dmitri Duskov (Moldova)
125 kq
1/8 final: Aydın Əhmədov - Georgi İvanov (Bolqarıstan)
Qeyd edək ki, görüşlər hər gün Bakı vaxtı ilə saat 10:00-da başlayacaq. İlk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxacaq.
Dünya çempionatında sərbəst güləşçilərimizin rəqibləri müəyyənləşib
Fərdi
15 Avqust , 2021
17:55
https://static.report.az/photo/0996f67c-3a48-364a-91c3-30f675e1dca1.jpg