Dünya çempionatında medal qazanan karateçilər Bakıya qayıdıb

Dünya çempionatında medal qazanan karateçilər Bakıya qayıdıb Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki dünya çempionatında üç medal qazanmış Azərbaycan karateçiləri Bakıya qayıdıb.
Fərdi
22 Noyabr , 2021 15:35
Dünya çempionatında medal qazanan karateçilər Bakıya qayıdıb

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki dünya çempionatında iştirak etmiş Azərbaycan karateçiləri Bakıya qayıdıb.

"Report"un məlumatına görə, komandanı Heydər Əliyev beynəlxalq aeroportunda idman ictimaiyyətinin digər nümayəndələri, karateçilərin yaxınları və jurnalistlər qarşılayıb.

Karateçilərdən yalnız İrina Zaretska Azərbaycan paytaxtına gəlməyib. 68 kq-da yarışın qızıl medalını qazanan ukraynalı legioner Dubaydan ölkəsinə yollanıb.

Qeyd edək ki, dünya çempionatında həmçinin Asiman Qurbanlı (+84 kq) və Azərbaycanın kumite üzrə komandası bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi