Dünya çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Dünya çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub 23 yaşadək güləşçilərdən ibarət Azərbaycan millisinin Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb.
Fərdi
25 Oktyabr , 2019 15:05
Dünya çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

23 yaşadək güləşçilərdən ibarət Azərbaycan millisinin Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb.

Federasiyanın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, oktyabrın 28-də start götürəcək yarışda ölkəni güləşin hər 3 növü üzrə yığma üzvləri təmsil edəcəklər.

Mundialın ilk günlərində böyük məşqçi Zəlimxan Hüseynovla məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında sərbəst güləşçilər mübarizə aparacaqlar. Heyətdə Əfqan Xaşalov (57 kq), Əsgər Məmmədəliyev (61 kq), Turan Bayramov (65 kq), Davud İbrahimov (70 kq), Murad Süleymanov (74 kq), Abubakr Abakarov (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Şamil Zubairov (92 kq) yer alıb.

Qadınların yarışında Azərbaycanı yalnız Türkan Nəsirova (50 kq) təmsil edəcək. O, millinin baş məşqçisi Aslan Ağayevin rəhbərliyi altında güləşəcək.

Yarışın son günlərində xalça üzərinə yunan-Roma güləşçiləri çıxacaqlar. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında Zaur Əliyev (55 kq), Əsgər Əlizadə (60 kq), Namaz Rüstəmov (67 kq), Sənan Süleymanov (72 kq), Tuncay Vəzirzadə (77 kq), Eltun Vəzirzadə (87 kq) və Arif Niftullayev (97 kq) uğur qazanmağa çalışacaq.

Qeyd edək ki, mundialda beynəlxalq dərəcəli hakim Natiq Hacıyev ədaləti qoruyacaq. Dünya çempionatı noyabrın 3-dək davam edəcək. 

Son xəbərlər

Orphus sistemi