Dünya çempionatında iştirak edəcək Azərbaycan boksçularının adları bəlli olub

Dünya çempionatında iştirak edəcək Azərbaycan boksçularının adları bəlli olub Oktyabrın 21-də səfərə yollanacaq komanda təlim-məşq toplanışını son günədək davam etdirəcək
Fərdi
18 Oktyabr , 2021 15:15
Dünya çempionatında iştirak edəcək Azərbaycan boksçularının adları bəlli olub

Oktyabrın 24-də Serbiyanın paytaxtı Belqradda start götürəcək boks üzrə dünya çempionatı üçün Azərbaycan millisinin heyəti açıqlanıb.

"Report"un məlumatına görə, 14 gün davam edəcək yarışda Məsud Yusifzadə (51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Alfonso Dominqes (86 kq), Rauf Rəhimov (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) qüvvəsini sınayacaq.

Oktyabrın 21-də səfərə yollanacaq komanda təlim-məşq toplanışını son günədək davam etdirəcək.

Qeyd edək ki, ilk dəfə 13 çəki dərəcəsində keçiriləcək dünya çempionatında 105 ölkədən 650 boksçunun iştirakı gözlənilir. 2 600 000 ABŞ dolları mükafatı fondu olacaq mundialda çempion 100 000 dollar qazanacaq. İkinci yerin sahibi 50 000 dollar, üçüncü pilləni tutacaq boksçu 25 000 dollar mükafat alacaq.

Son xəbərlər

Orphus sistemi